Son 24 saatda 17 ölübackend

Zambiyada 7500-dən çox vəba hadisəsi aşkar edilsə də, son 24 saat ərzində ən azı 17 ölüm baş verib.

Səhiyyə Nazirliyi ölkədə son 24 saat ərzində ən azı 500 vəba xəstəliyinin olduğunu və 17 ölüm faktının qeydə alındığını qeyd edib. Bildirilib ki, vəba epidemiyası səbəbindən bağlanan məktəblərin açılışı təxirə salınıb.

O, Ümumdünya Səhiyyə Təşkilatının epidemiya ilə mübarizə üçün 1 milyon vəba peyvəndi göndərəcəyini açıqlayıb.

 KƏNDLƏRƏ MIQRASİYA XƏBƏRDARLIĞI

Zambiya prezidenti Hakainde Hiçilema dünən paytaxt Lusakada vəba xəstələrinin müalicə olunduğu xəstəxanaya baş çəkib.

Epidemiya ilə mübarizə üçün “sərt” tədbirlərin görüləcəyini deyən dövlət başçısı gənclərin tarlada işləmək əvəzinə kənd yerlərindən şəhərlərə köç etdiyini və şəhərlərlə heç bir iş görmədiklərini, epidemiyanın yayılmasının da bununla bağlı olduğunu bildirib.

Hiçilema vəba epidemiyasında 300 nəfərin ölməsindən sonra ictimaiyyəti şəhərlərdən kəndlərə getmələri barədə xəbərdarlıq edib. Hiçilema əhalinin çox olduğu ərazilərdə kifayət qədər sağlamlıq tədbirlərinin görülməməsinin vəba xəstəliyinin yayılmasını sürətləndirdiyini, izdihamın dağıdılması və əhalinin kənd yerlərində məskunlaşdırılmasının vacibliyini bildirib. Hiçiləmə “Kəndlərdə çoxlu torpaq və təmiz su var. Biz daha yaxşı evlər tikə bilərik” deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal