Son 72 ilin ən uzun donma temperaturu yaşanıbbackend

Çinin paytaxtı Pekində ölkənin şimalını təsir edən soyuq dalğa səbəbiylə 1951-ci ildən bəri temperaturun sıfırın altına düşdüyü ən uzun ayı yaşanır.

Beijing Daily-nin məlumatına görə, dekabrın 11-dən dekabrın 24-dək şəhərdə havanın temperaturu 300 saatdan çox müddət ərzində sıfırın altında ölçülüb.

Bu, rekordların saxlanıldığı 72 il ərzində temperaturun sıfırdan aşağı düşdüyü ən uzun ay idi.

Pekində bu ay ardıcıl 10 gün ərzində temperatur 10 dərəcədən aşağı düşsə də, hava proqnozları şaxtalı soyuqların ayın sonuna qədər davam edəcəyini göstərir.

Çinin şimal və mərkəzi hissələrinə təsir edən soyuq dalğa və qar fırtınası səbəbindən dekabr ayında bəzi şəhərlərdə magistral yollar nəqliyyata bağlanıb, məktəblər bağlanıb.

Milli Meteorologiya Mərkəzinin məlumatına görə, dekabr ayı üçün ən aşağı aylıq temperatur göstəriciləri ölkənin müxtəlif bölgələrində 78 meteoroloji stansiyada ölçüb. Ölkənin şimal və mərkəzi hissələrində bəzi bölgələrdə orta temperatur 1961-ci ildə rekord soyuq temperaturların qeydə alınmasından bəri ən aşağı səviyyəyə düşüb.

Mənbə: TrtHaber

Aynur Camal