SON DƏQİQƏ! Azərbaycan elminə ağır itki baş veribbackend

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb.

1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb.

1982-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!