SON DƏQİQƏ:Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib – FOTObackend

1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.

“Yeni Gündəm” “Report”a istinadla xəbər verir ki, F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.

F.Qasımzadənin həyat yoldaşının vəziyyətinin kritik olduğu deyilir.

Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.

F.Qasımzadə uzun müddət Səbayel rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib.