SON DƏQİQƏ: Bu rayonumuzda partlayış baş verdi – Xəsarət alan varbackend

Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.

“Yeni Gündəm” xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib. Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.