SON DƏQİQƏ: DİN məlumat yaydıbackend

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.