SON DƏQİQƏ! Ermənistan Prezidenti məlumatı təsdiqlədi və təcili iclas çağırıldıbackend

Ermənistan prezidenti Armen Sarkisyan  Hadrutdakı vəziyyət ətrafında açıqlama verərək Ermənistan parlamentini təcili olaraq parlament iclasını çağırmağa səsləyib.

“Yeni Gündəm” erməni  mətbuatına istinadən  xəbər  verir  ki, Ermənistan prezidenti Azərbaycan ordusunun Köhnə  Tağlar və Çaylaqqala kəndlərini silahlılardan təmizləmək üçün əməliyyata başladığını və kəndlərə nəzarət yaratdığını təsdiqləyib.

Armen Sarkisyan əlavə edib ki, Ermənistan hökumətinin müvafiq idarələri vəziyyəti və erməni tərəfinin gördüyü işləri hələ lazımi şəkildə deyil.

“Vəziyyəti nəzərə alaraq Respublika Prezidenti Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə müraciət edərək Qarabağdakı vəziyyəti dərhal ictimaiyyətə təqdim etməyi, eyni zamanda Ermənistan tərəfinin bu yaşayış məntəqələrini qorumaq və atəşkəs rejiminə  əməl etməsi barədə danışmağı təklif edirəm” deyə Ermənistan Prezidenti bildirib.

Ermənistan prezidenti Hadrut bölgəsindəki vəziyyətin səbəblərini və həll yollarını müzakirə etmək üçün təcili növbədənkənar iclas çağırılması təklifi ilə Milli Məclisə müraciət edib.