SON DƏQİQƏ! Ordumuz düşmənə cavab verdi – Müdafiə Nazirliyi təcili açıqlama yaydıbackend

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini  müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.