Son iki ildə ən azı 10 min dinc sakin həlak oldubackend

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Rusiya ilə müharibənin davam etdiyi Ukraynada ən azı 10 min mülki şəxsin öldüyünü, 18 min 500 nəfərin isə yaralandığını bildirib.

AA 2023-cü ilin bitməsinə sayılı günlər qalıb. Gələcək ildə də dünyaya qalan müharibələr, qarşıdurmalar, qan və göz yaşı oldu.

2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsinin davam etdiyi 2023-cü ilin son günləri İsrailin Qəzza qırğınları ilə yadda qaldı.

Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki vətəndaşların itkiləri ilə bağlı hesabat dərc edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk BMT İnsan Haqları Şurasının təşkil etdiyi toplantıda BMT İnsan Haqları Ali Komissarlığının Ukraynadakı insan haqlarının vəziyyəti ilə bağlı hesabatının nəticələri ilə bağlı qiymətləndirmələr edib.

2022-ci ilin fevralında Rusiya ilə başlayan müharibə səbəbiylə Ukraynadakı ağrılı vəziyyətin davam etdiyinə diqqət çəkən Türk, uzun illər davam edən müharibənin gələcək nəsillərin həyatına və insan haqlarına təsir edəcəyindən narahat olduğunu bildirib.

Türk, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası (HRMMU) vasitəsilə hərtərəfli monitorinq və sənədləşdirmə aparmağa davam etdiklərini ifadə edərək, bu sənədlərin beynəlxalq insan haqları hüququnun və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasını və xüsusilə Rusiya tərəfindən hərbi cinayətləri göstərməyə davam etdiyini vurğulayıb.

“Bu sənədlərə 2022-ci ilin fevralından bəri Rusiya silahlı qüvvələrinin nəzarətində olan və ya işğal etdiyi ərazilərdə mülki şəxslərin məhkəməsiz edam edilməsi ilə bağlı 142 iş daxildir”.

Türk, məhbuslara qarşı geniş yayılmış işgəncə, pis rəftar və cinsi zorakılıq da daxil olmaqla, bir çox zorla yoxa çıxma hallarını da sənədləşdirdiklərini diqqətə çatdırıb.

  Mülki ölümlərin çoxunun Donetsk, Xarkov, Xerson və Zaporojya bölgələrində qeydə alındığına diqqət çəkən Türk, aralarında çoxlu yaşlıların da olduğunu bildirib.

Volker Türk, Rusiyanın hücumlarının Ukraynadakı taxıl saxlama və daşıma obyektlərini də hədəf aldığını xatırladaraq, bu cür hücumların Ukrayna iqtisadiyyatının kritik sektorunu təhdid etdiyini və bir çox ölkədə insanları kritik qidadan məhrum etdiyini vurğulayıb.

Rusiyanın BMT rəsmilərinin təcridxanalara girməsinə mane olduğuna və buna görə də hadisələri dəqiq hesablaya bilmədiklərinə diqqət çəkən Türk, müharibə başlayandan sonra yüzlərlə mülki vətəndaşın həbs olunaraq öldüyünü qeyd edib.

“Bu şəxslərin əksəriyyəti (Ukrayna tərəfindən mühakimə olunur) işğal olunmuş ərazilərdə sosial xidmətlər və məktəblərin fasiləsiz fəaliyyətini təmin etmək üçün iş də daxil olmaqla, qanuni ola biləcək fəaliyyətlərə görə məhkum edilib”, – Volker Türk deyib.

“Mən Rusiya və Ukraynanı Ukraynanın atom elektrik stansiyalarında əməliyyatların təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni etməyə çağırıram”, – deyə o bildirib.

Volker həmçinin Rusiya ilə Ukrayna arasında bu faciəvi və genişmiqyaslı münaqişənin yeganə həllinin yalnız sülh olduğunu vurğulayıb.

Mənbə: EnSonHaber

Aynur Camal