Son sutkada daha 1 097 nəfərdə COVID-19 aşkarlanıb, 18 nəfər öldü – Ermənistandabackend

Ermənistanda son sutkada daha 1 097 nəfərdə COVID-19 aşkarlanıb.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 193 736-ya çatıb. İndiyədək 173 681 pasiyent infeksiyadan sağalıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 533-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 900 nəfərdir.