Sosial medianın danışdığı fiasko – VİDEObackend

Onu Romaya apardı və evlilik təklifi etdi: Aldığı cavab hər kəsi şoka saldı!

İtaliyanın paytaxtı və ən böyük şəhəri Romada romantik evlilik təklifi böyük fiasko ilə nəticələnib. Sosial şəbəkələrdə yayılan görüntülər şərhçiləri iki yerə bölüb.

Avropanın turistlərin ən çox sevdiyi yerlərdən biri olan Roma böyük xəyal qırıqlığı ilə dünya gündəminə düşüb.

Milad ərəfəsində TikTok-a yüklənən və 13 milyon dəfədən çox izlənilən videodakı “Romeo”nun adının Valerio olduğu öyrənilib.

@herclueless

Good @Cartier has a 30day return policy

♬ original sound – herclueless

Sosial mediada sürətlə yayılan videoda sevgilisini romantik sürpriz üçün Romaya aparan gənc sevgilisi ilə məşhur Via dei Condotti küçəsinin işıqları altında rəqs edərkən görünür.

Rəqsin sonunda Valerio yerdə diz çökərək gizlətdiyi nişan üzüyünü çıxarıb və küçədə hər kəsin gözü qarşısında sevgilisinə evlilik təklifi edib. Camaatın arasından alqış sədaları yüksəldiyi zaman sevgilisindən ayağa qalxmasını istəyən gənc qızın hərəkətləri qəfildən qəribələşib.

Dailymail Qəzetində yer alan xəbərə görə, hər şeydən xəbərsiz olan gənc qadın sevgilisinə italyanca “Bunu gözləmirdim. Hazır deyildim. Romaya gəlməyimizin səbəbi bumu?” soruşub.

Ətrafdakı camaat “hə, bəli” deyə qışqırarkən, diz üstə duran kişi “Bəli, yoxsa yox?” deyə soruşub. Rəfiqəsi “yox” cavabını verib.

ABŞ-ın “NewYorkPost” qəzetinin əlaqə saxlamağa çalışdığı kişi məyusluğunu şərh etməkdən imtina edərkən, qadının evlilik təklifini rədd etməsi sosial medianı iki yerə böldü.

 Bəzi istifadəçilər kişinin utandığını bildirərək onu dəstəkləsələr də, bəziləri açıq evlilik təklifinin qadına təzyiq göstərdiyini iddia edib.

İstifadəçilərdən biri “Hamının gözü qarşısında edilən evlilik təklifləri yalnız qadınlara təzyiq göstərmək üçündür” şərhini yazıb. Başqa bir istifadəçi isə “Hər kəs hə deməsi üçün ona təzyiq edəndə yox demək cəsarətinə heyran oldum. Bu şantaj idi və o, buna boyun əymədi” deyərək onu dəstəkləyib.

Bəzi istifadəçilər evlilik təklifinin qondarma olduğunu və cütlüyün diqqət çəkməyə çalışdığını iddia edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal