Şosse şokolad və karamellə örtüldübackend

ABŞ-ın Ohayo ştatında yolda şokolad və karamel olması səbəbindən avtomobil yolu bağlanıb.

ABŞ-da şirniyyat daşıyan yük maşınının aşması səbəbindən magistralın bir hissəsi bağlanıb. Bu barədə UPI yazır.

Cümə axşamı, noyabrın 30-da Ohayo ştatında iki yük maşınının toqquşması nəticəsində magistralın bir hissəsi bağlanıb. Qəza nəticəsində yol yüzlərlə qutu şokolad və karamellə örtülüb. Hadisə səhər saat 6 radələrində baş verib və şokolad o qədər çox olub ki, səlahiyyətlilər nəqliyyatı alternativ marşrutla göndərmək məcburiyyətində qalıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib, yolun hərəkət hissəsini təmizləyiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl Kanadada beş milyon arının yük maşınından düşərək xaosa səbəb olduğu da bildirilmişdi. Polis yaxınlıqdakı evlərin sakinlərindən və yoldan keçən avtomobillərin sərnişinlərindən təhlükəsizlik baxımından pəncərələrini bağlamalarını xahiş edib, həmçinin piyada gedənlərə yolun bu hissəsindən uzaq durmağı tövsiyə edib.

Mənbə: Lenta.Ru

Aynur Camal