Şotlandiyanın baş naziri Yusifin qayınanası qapalı qaldığı Qəzzadan səsləndibackend

Şotlandiyanın baş naziri Həmzə Yusifin qayınanası və qayınatası Qəzzada qapalı qalıb.

“Yeni Gundem” xəbər verir ki, Yusif ailəsinin vəziyyətindən narahat olduğunu bildirib. Baş nazir Yusif Qəzzada qapalı qalan qayınanası Elizabet El-Naklanın videosunu paylaşıb.

“Bu son videom olacaq”. Nakla paylaşdığı videoda göz yaşlarını saxlaya bilməyib və “İnsanlıq hanı? Dünyanın harasında insanlar bu dövrdə buna necə icazə verə bilirlər? Onların ürəkləri var?” deyə səslənib.

Həmçinin Nakla açıqlamadan istifadə edərək deyib:

“Qəzzadan hamı bizim olduğumuz yerə doğru irəliləyir. 1 milyon insan. Yemək yox, su yoxdur. Və hələ də getdikcə onları bombalayırlar. Onları hara qoyacağıq? Xəstəxanada olan bu insanların hamısını evakuasiya etmək mümkün deyil. Bəşəriyyət haradadır? Allah köməyimiz olsun. Əlvida”.

 “O da hamı kimi tələyə düşüb”.

Şotlandiyanın baş naziri Yusuf videonu müşayiət edən yazılı yazısında qeyd edib ki, bu şəxs onun qayınanası, Şotlandiyadan olan təqaüdçü tibb bacısı Elizabeth El-Nakladır.

“Qəzzada olan insanların böyük əksəriyyəti kimi, onun da HƏMAS-la heç bir əlaqəsi yoxdur. Ona Qəzzanı tərk etməsi deyilib, amma əhalinin qalan hissəsi kimi o, gedəcək yeri yoxdur” deyə, Yusif bildirib.

“Beynəlxalq ictimaiyyət tədbir görməlidir”

Həmzə Yusuf başqa bir yazısında Birləşmiş Millətlər Təşkilatına (BMT) “İsrailin Qəzzada 1,1 milyon mülki vətəndaşın evlərini tərk edərək bölgənin cənubuna köçməsi tələbinin” dağıdıcı humanitar nəticələrə səbəb olacağı ilə bağlı qiymətləndirməsini xatırladıb və deyib: Beynəlxalq ictimaiyyət hərəkətə keçməli və kollektiv cəzaya son qoyulmasını tələb etməlidir. Yetər. Günahsız kişilərin, qadınların və uşaqların ölümünə heç bir bəraət qazandırmaq olmaz”.

Yusif oktyabrın 9-da verdiyi açıqlamada fələstinli həyat yoldaşının anası və atasının Qəzzada qapalı vəziyyətdə qaldığını bildirib.

Həmzə Yusuf, həyat yoldaşının Şotlandiyada yaşayan anası və atasının İsrail və Qəzzada baş verən hadisələr zamanı qayınatasının 92 yaşlı xəstə anasını ziyarət etmək üçün Qəzzada olduğunu və bölgədə qapalı vəziyyətdə qaldığını bildirib.

İsraillilərin onlara ölkəni tərk etmələrini söylədiklərini, lakin ölkəni tərk etmələrinin mümkün olmadığını bildirən Yusuf, İngiltərə Xarici İşlər Nazirliyinin təhlükəsiz keçidə zəmanət verə bilməyəcəyini qeyd edib.

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.

Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 israillinin isə yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 500-ü uşaq, 276-sı qadın olmaqla 1537 nəfərin həyatını itirdiyini, 6612 nəfərin isə yaralandığını açıqlayıb. İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 36 fələstinlinin öldüyü, 650 nəfərin yaralandığı da bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal