İsrailin soyqırımı dinləməsi internetdə canlı yayımlanacaq.
Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı “soyqırım” işində yer alan İsrailə qarşı “müvəqqəti tədbirlərin görülməsi” məsələsi yanvarın 11-də internetdə açıq və canlı yayımlanan dinləmələrdə müzakirə ediləcək.
Məhkəmə Haaqa Sülh Sarayında keçirəcək. ICJ öz bəyanatında, “dinləmələr Cənubi Afrika Müraciətində olan müvəqqəti tədbirlərin müəyyənləşdirilməsi Sorğusu ilə bağlı olacaq” deyib.
Xatırladaq ki, Cənubi Afrika İsrailə qarşı “soyqırım işi” qaldırıb. Türkiyə Cənubi Afrikanın İsrailə qarşı tətbiqindən məmnun olduğunu deyib. Həmçinin İKT da Cənubi Afrikanın İsrailə qarşı soyqırım iddiasını dəstəkləyir.
Mənbə: TrtHaber
Aynur Camal