Spiker parlament aparatında islahatlara başladı – Sərəncambackend

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə struktur islahatlarının aparılması ilə əlaqədar sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, sərəncama əsasən Milli Məclisin fəaliyyətinin səmərəliliyi artırılacaq. Eyni zamanda, parlamentin ölkədəki hərtərəfli islahatların strategiyasına uyğunlaşdırılması üçün Milli Məclisin Aparatı və İşlər İdarəsi tələblərə uyğun olaraq yenidən qurulacaq.