Stadionda saqqız çeynəmək qadağan edildibackend

Polşanın Cieszyn şəhərindəki stadionda azarkeşlərin saqqız çeynəməsi qadağan edilib.

Bu qərar azarkeşlərin saqqızı çeynədikdən sonra tribunadakı oturacaqlara yapışmasının qarşısını almaq üçün verilib.

Cieszyn Bələdiyyəsində keçirilən şura iclasında üzvlər stadionun baxımı və təmiri 11 milyon zlotiyə (təxminən 80 milyon lirə) başa gələdiyini deyib.

Nordic gəzintisində istifadə edilən çubuqlar stadiona gətirilməsi qadağan edilən digər əşyalar arasında idi. Çubuqların həm tribunalarda, həm də stadionun bağlı yerlərində döşəmə örtüklərinə zərər verə biləcəyi əsası ilə qadağan olunmuş əşyalar siyahısına daxil edildiyi öyrənilib.

Həmçinin stadiona şüşə butulka, şüşə qab, daş kimi əşyaların təhlükəsizlik səbəbi ilə buraxılmadığı, yalnız bələdçi itlərin buraxılacağı bildirilib.

Mənbə: TGRT

Aynur Camal