Su balansımızı onlayn idarə edə biləcəyikbackend

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi 25 hidroloji məntəqənin quraşdırılması ilə bağlı işləri yekunlaşdırıb”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O qeyd edib ki, 17 yerdə – əsasən Kür çayının qollarında və digər transsərhəd çaylarda stansiyaların quraşdırılması yekunlaşdırılıb. Bu məlumatlar mərkəzi serverə ötürüləcək və oradan idarə olunacaq.

“Onlar “ASAN Xidmət”də sonradan yaradılmış mərkəzə ötürüləcək və su balansımızın onlayn şəkildə idarə olunmasında mühüm rol oynayacaq. Ölkəmizdə 2020-ci ildə ilk dəfə olaraq 2019-cu ilin su təsərrüfat balansı təsdiqlənib. “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, ETSN , Naxçıvan MR-da əlaqədar qurumlarının səyi nəticəsində bunu hazırladıq və hökumət təsdiq etdi. Biz müəyyən etdik ki, ölkədə formalaşan su nə qədərdir, qonşu ölkələrdən nə qədər su daxil olur və s. Növbəti ilin proqnozu müəyyən olundu və bu bizə imkan verdi ki, su təsərrüfat balansını daha da təkmilləşdirək. Bununla bağlı ASAN Xidmət”də böyük işlər görülür və yaxın vaxtlarda bu məsələ tam həllini tapacaq”.