Su qülləsi prtladı və həyat iflic oldubackend

ABŞ-ın Texas ştatında su qülləsinin təmiri zamanı su xətti partlayıb və nəticədə böyük sızma baş verib və yolun hərəkəti bağlanıb.

“Texas ştatının Kollec Stansiyasında Willy su qülləsində aparılan təmir işləri zamanı su xətti partladı və yola axdı və nəhəng su sızmasına səbəb oldu”- deyə məlumatda qeyd olunub.

College Station polisi verdiyi açıqlamada yolun nəqliyyata bağlandığını bildirib və “Bachman Parkında bütün Rock Prairie yolu su sızması səbəbindən bağlanıb. Bütöv ştatı iflic edən hadisə üçün polis: “Xahiş edirəm səbirli olun və qruplar təmir işləri apararkən alternativ yol tapın” -deyib.

Mənbə: Ahaber

Aynur Camal