Su verməkdən imtina etdilərbackend

“İsrail Qəzza zolağının şimal hissəsinə su verməyəcək, çünki mülki əhali oradan kütləvi şəkildə cənub hissəsinə köçür”. TASS xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

“Şimalda insanlar oranı tərk etdiyinə görə biz ora su verməyəcəyik”, – deyə səfir bildirib.

Eyni zamanda o qeyd edib ki, HƏMAS-ın girovları saxlamaqda davam etməsinə baxmayaraq, İsrail Qəzzanın cənub hissəsini su ilə təmin edir. Səfirin sözlərinə görə, Təl-Əviv bununla Qəzza zolağında humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq istəyir.

Bundan əvvəl BMT Qəzza zolağında humanitar fəlakətin baş verdiyini açıqlamışdı. BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib ki, anklavda ərzaq, su, yanacaq və elektrik enerjisi tükənir və bu, onsuz da kritik olan vəziyyəti dözülməz edir.

Mənbə: mail.ru

Aynur Camal