Süd Yolu Qalaktikasında qəribə ulduz aşkar edildibackend

Astronomlar çaşqındırlar! Var olması qeyri-mümkün idi… Tarixə ilk dəfə olaraq düşdü.

Astronomları təəccübləndirən bir nəzəri cəhətdən mövcud olması qeyri-mümkün olan “Barbenheimer” ulduzu kəşf edilib. Ulduz öz növünün ilk ‘J0931+0038’ kimi tarixə düşüb. Nəzəri cəhətdən mövcud ola bilməyən “Barbenheimer” ulduzu, milyardlarla il əvvəl “kosmik şəfəq” zamanı nəhəng bir ulduzun partlamasından qalan unikal izləri daşıyır.

‘J0931 + 0038’ adlı ulduzun kimyəvi tərkibi o qədər qeyri-adidir ki, onun yalnız Günəşin kütləsindən ən azı 50 qat böyük olan nəhəng ulduzun qalıqlarından əmələ gəldiyi düşünülür. Bu ulduzun fövqəlnova partlayışından əvvəl elementləri əmələ gətirdiyi təxmin edilir.”

Bu kəşfə rəhbərlik edən Çikaqo Universitetindən astronom Alex Ji və Sloan Digital Sky Survey (SDSS) heç vaxt belə bir şey görmədiklərini söyləyib və təəccüblərini aşağıdakı ifadələrlə ifadə ediblər:

“J0931 + 0038” ulduzu “qalaktik halo” kimi tanınan Samanyolu diskini əhatə edən kosmosun sferik sahəsində asılmış kiçik kütləli qırmızı nəhəng ulduzdur. Qalaktik haloda çox köhnə, qəribə ulduzlarla qarşılaşmaq mümkündür; Məhz bu amillərə görə astronomlar tez-tez bu ərazidə kainat haqqında ipucu axtarırlar.

J0931 + 0038-i araşdıran astronomlar daha əvvəl heç vaxt görülməmiş kimyəvi tərkib aşkar ediblər. Dövri cədvəldə natrium və alüminium kimi tək nömrəli elementlərin təəccüblü dərəcədə aşağı nisbətinə malik olan ulduz, nikel və sink kimi dəmirə yaxın elementlərlə zəngindir. Dəmirdən ağır olan stronsium və palladium kimi elementlərin miqdarı olması lazım olduğundan xeyli çoxdur.

 

 

 

 

 

Ohayo Dövlət Universitetindən astronom Cennifer Conson kəşflər haqqında danışarkən, “Bəzən bu xüsusiyyətlərdən birini bir anda görürük; “Lakin biz onların hamısını əvvəllər heç vaxt eyni ulduzda görməmişik” deyib.

Astronomlar tapıntıları hələ cavabı olmayan tapmaca kimi təsvir edirlər. Yalnız bu kimi qəribəlikləri aşkar etmək və onların əmələ gəlməsini modelləşdirmək “Barbenheimer” ulduzunun necə yaşadığını, öldüyünü və arxasında barmaq izlərini necə saxladığını ortaya çıxaracaq və beləliklə, yeni tapmacalar həll oluna bilər.

Mənbə: TGRT

Aynur Camal