Gəncə şəhərində 63 yaşlı kişi sükan arxasında vəfat edib.
“Yeni Gündəm”in verdiyi xəbərə görə, şəhər sakini, 1957-ci il təvəllüdlü Feyruz Mehdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobilin sükanı arxasında olarkən ürəktutma keçirib və vəfat edib. Hərəkətdə olan maşın isə yol kənarındakı avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.