Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın təqdim etdiyi və Davosda müzakirə edilən sülh planının nəticə verməyəcəyini ifadə edərək, “Əlbəttə, bizim iştirakımız olmadan hər cür məsləhətləşmələr keçirilə bilər, lakin hər hansı bir nəticə əldə etmək imkanı yoxdur” deyib.
Peskov dünən Davosda müzakirə olunacaq Ukraynanın Rusiya ilə müharibəsinə son qoymaq üçün Kiyevin şərtlərini ortaya qoyan 10 maddəlik sülh planı ilə bağlı jurnalistlərə açıqlamalar verib.
Rusiyanın bu cür məsləhətləşmələrə yanaşmasının daha əvvəl dəfələrlə dilə gətirildiyinə diqqət çəkən Peskov, “Bu proseslərin konkret bir nəticə əldə etməyi hədəfləməməsinin açıq səbəbi var, biz iştirak etmirik. Bizim (Rusiya) iştirakımız olmadan heç bir danışıqlar aparıla bilməz” deyib.
Davosda keçirilən görüşün heç bir nəticə verməyəcəyini vurğulayan Peskov, “Təbii ki, bizim iştirakımız olmadan da hər cür məsləhətləşmələr keçirilə bilər, lakin hər hansı bir nəticə əldə etmək imkanı yoxdur” deyib.
İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumunun (WEF) illik sammitindən əvvəl dünən 83 ölkənin milli təhlükəsizlik müşavirlərinin Ukraynanın Kiyevin Rusiya ilə müharibəyə son qoyması üçün şərtləri əks etdirən 10 maddəlik sülh planını müzakirə etdiyi bildirilib. Rusiya danışıqlara dəvət edilməyib.
Aynur Camal
Mənbə: TrtHaber
Aynur Camal