“Sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman…”backend

“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz feysbuk hesabında yazıb.

“Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq!”, – deyə sabiq XİN rəhbəri sözlərinə əlavə edib.