Sumqayıtda bir nəfər su quyusuna düşübbackend

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər çirkab su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

“Yenigundem” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşı quyudan çıxarın və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.