Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni xəbərbackend

Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni təfərrüatlar məlum olub.

“Yeni Gündəm”-in xəbərinə görə, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Valideynlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.APA