Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən Çiba prefekturası da daxil olmaqla, Sakit okean sahilləri regionları üçün sunami xəbərdarlığı edilib.
“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, xəbərdarlıq Yaponiya Meteorologiya Agentliyi (JMA) səhər saatlarında baş verən naməlum maqnitudalı zəlzələdən sonra baş verib.
Məlumatda qeyd olunub ki, xəbərdarlıq Tokionun şərqindəki Çibanın 12 rayonu, Oqasavara adaları, İzu adaları, Koçi və Miyazaki prefekturalarına aid edilib.
Müxtəlif hündürlükdə dalğaların sahilyanı əraziləri bir neçə dəfə vura biləcəyi xəbərdarlığında yerli əhalidən çimərliklərdən və çayların mənsəblərindən uzaq durmaları istənilib.
Mənbə: TrtHaber
Aynur Camal