“Yeni Gundem” xəbər verir ki, İsrailin Qəzzaya qarşı quru əməliyyatında HƏMAS-a qarşı mübarizə üçün xüsusi hazırlanmış “süngər bombalarından” istifadə etməyi planlaşdırdığını yazıb.
Bəs süngər bomba nədir və necə işləyir? Budur diqqətçəkən detallar…İsrail-Həmas müharibəsinin üçüncü həftəsində davam etdiyi bir vaxtda Təl-Əviv rəhbərliyinin HƏMAS-a son qoymaq üçün “əzici” quru hücumuna hazırlaşdığı deyilir.
Baş nazir Netanyahu dünən axşam etdiyi çıxışında açıq şəkildə quru hücumundan bəhs etdi, lakin “Bunun nə vaxt və necə olacağı ilə bağlı ətraflı məlumat verməyəcəyəm” deyərək təfərrüat verməkdən yayınıb.
Münaqişənin ilk günündən bəri dərc edilən çoxsaylı təhlillərə görə, İsrail ordusunun Qəzzaya qurudan hücumda qarşılaşacağı ən böyük problem “Qəzza metrosu” adlı yeraltı tunellərdir.
HƏMAS-ın son on beş ildə tikdiyi labirintli yeraltı tunellər raket və sursat saxlamaq üçün istifadə olunur ki, bu da HƏMAS üzvlərinin diqqətdən kənarda qalmasına şərait yaradır. Tunellərin girişlərinin tələlərlə qorunduğu düşünülür.
Oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı əcnəbilər də daxil olmaqla təxminən 200 nəfərin bu tunellərdə saxlanılması ehtimalı İsrailin müdaxiləsini çətinləşdirir.
Bu gün Britaniyanın Teleqraf qəzetində dərc olunan xəbərə görə, İsrail Müdafiə Qüvvələri (IDF) naməlumlarla dolu HƏMAS tunelləri üçün “gizli silah”ından istifadə edəcək.
“Süngər bombası” adlanan bu gizli silah, HƏMAS-la mübarizə üçün xüsusi olaraq hazırlanmışdır. Teleqraf qəzetinin məlumatına görə, İsrail əsgərləri 2021-ci ildə keçirdikləri təlimdə Tze’Elim hərbi bazasında saxta tunel sistemi quraraq bombanı sınaqdan keçiriblər.
SÜNGƏR BOMBA NƏDİR? BU NECƏ İŞLƏYİR?
İsrail Müdafiə Qüvvələri (IDF) tərkibində partlayıcı olmayan, lakin tunelin girişlərini bağlamaq üçün istifadə edilən kimyəvi silahlar (süngər bombaları) ilə bağlı şərh verməkdən imtina edib.
Süngər bomba, plastik qabda iki ayrı maye maddədən ibarət partlayıcı olmayan qurğudur. Cihazın içindəki mayeləri ayıran metal çubuq çıxarılaraq tunelin girişinə atıldıqda mayelər qarışır, sürətlə genişlənir və sərtləşərək tunelin girişini bağlayır.
İDF süngər bombalarını sınaqdan keçirmək üçün xüsusi tunel kəşfiyyat bölmələrini yerləşdirib.
Komandalar Həmas-ın geniş tunel şəbəkəsini aşkar etmək üçün pilotsuz uçuş aparatları, radar sistemləri və hava/yer sensorlarından istifadə edirlər.
Yeraltı tunellərdə bütün təbii işıqlar bağlandığından, qoşunlar qaranlıqda görmək üçün termal texnologiyaya güvənirlər. Hər bir əsgərə yerin altında olarkən görmək üçün xüsusi avadanlıq (gecə görmə eynəkləri və xüsusi hazırlanmış radiolar) verilir.
İSRAİL ƏSGƏRLƏRİ ONDAN İSTİFADƏ EDƏKƏN KOR OLUBLAR
Gizli silahların özləri ilə bəzi təhlükələr gətirdiyinə diqqət çəkən Telegraph qəzeti, bəzi İsrail əsgərlərinin silahda səhv qarışıq istifadə etdikləri üçün görmə qabiliyyətini itirdiyini yazıb. Qəzet İsrailin əsgərlərini təhlükəyə atmamaq üçün tunellərdə robotlar və pilotsuz uçuş aparatlarından istifadə etməyə çalışdığını yazıb və bu vasitələrin indiyə qədər yerin altında işləməkdə çətinlik çəkdiyini bildirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal