Süni intellekt artıq mətnləri özü yazacaqbackend

Windows-da quraşdırılmış Notepad mətnləri yenidən yazmağı təkmilləşdirib.

Microsoft mühəndisləri Notepad mətn redaktoruna süni intellekt (AI) funksiyalarını əlavə ediblər.

Bu barədə “Neowin” məlumat yayıb. Yeniləməni PhantomOcean3 ləqəbli İT həvəskarı müşahidə edib və bu barədə X sosial şəbəkəsində danışıb. İstifadəçi Windows 11-in ilkin versiyasında mövcud olan Notepad-in yeni versiyasında süni intellektin əlavə edilməsinə işarə edən düymələri aşkar edib.

Xüsusilə, proqram menyusunda “Yenidən yaz”, “Qısa et”, “Daha uzun et”, “Tonu dəyişdir” və “Formatı dəyişdir” düymələri peyda olub. Düymələr “Həmmüəllif” bölməsində yerləşir. Mütəxəssisin sözlərinə görə, Microsoft standart proqramı mətnlə işləməyi belə öyrədib.

“Görünür, heç bir köhnə “Windows” proqramı süni intellektin təsirindən xilas ola bilməyəcək”, – nəşrin jurnalistləri xəbəri şərh ediblər. Müəlliflərin proqnozuna görə, yeni funksiya yaxın aylarda Windows-un ictimai versiyasında görünəcək. Noyabrın sonunda Paint qrafik redaktoruna tələb əsasında şəkillər yaratmaq imkanı əlavə edilib. Seçim DALL-E texnologiyası sayəsində ortaya çıxıb. OpenAI-dən ChatGPT söhbət botu əsasında işləyir.

Mənbə: qazeta.ru

Aynur Camal