Pakistanın Pəncab əyalətinin Lahor şəhərində havanın çirklənməsini azaltmaq üçün süni yağış istehsal edilib. Geo News televiziyasındakı xəbərə görə, Pəncabın baş naziri Muhsin Naqvi, bulud səpmə avadanlığı ilə təchiz edilmiş təyyarələrin Lahorun 10 rayonu üzərində uçuşlar etdiyini bildirib.
Naqvi hava çirkliliyini azaltmaq üçün Lahorda süni yağış istehsal edildiyini, 10-12 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 2 təyyarə və ekspertin bu məsələyə dəstək vermək üçün Lahora gəldiyini bildirib.
Görülən işlərdən sonra Pakistan tarixində ilk dəfə olaraq şəhərin müxtəlif yerlərində istehsal edilən süni yağış yağdı.
Lahor tez-tez dünyanın ən çox hava çirkliliyinə malik ilk 10 şəhəri sırasındadır.
Pəncabda noyabrın 19-da havanın çox çirkli olduğu ərazilərdə 1 həftə maska taxmaq məcburi edilib.
Mənbə: Ntv.Tr
Aynur Camal