Sürət həddi endirildibackend

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə “Yeni Gündəm”-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“Məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik”, – deyə məlumatda qeyd olunub.