Suriyada ard-arda partlayışların pis nəticələri!backend

İran İnqilab Mühafizəçiləri hədəfdədir.

İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasını hədəf alan hücumlardan sonra Suriyanın paytaxtı Dəməşqdə də ardıcıl partlayışlar baş verib. Times of Israel qəzetinin məlumatına görə, Dəməşqin cənubu hədəfə alınıb və hücumlara görə İsrailin məsuliyyət daşıdığı bildirilir.

Suriya mətbuatına danışan şahidlər İran İnqilab Keşikçiləri Korpusuna aid bir nöqtənin vurulduğunu bildiriblər. İsrail ordusunun sözçüsü partlayışlarla bağlı şərh verməkdən imtina edib.

Livanın Al Meyadeen telekanalı şəhərin cənubundakı Seyyidə Zeynəb bölgəsində partlayış səslərinin eşidildiyini bildirib. Qətərdə yerləşən Əl-Cəzirə telekanalı hücumu dünyaya “İsrailin növbəti şübhəli hava hücumu Suriyanın paytaxtı Dəməşqin cənub bölgəsindəki hədəfi vurdu” sözləri ilə xəbər verib.

Digər tərəfdən, İsrail bir müddətdir Suriyada İrana qoşulan qüvvələrə qarşı hücumlar həyata keçirir.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ lideri Co Bayden, “Dünən gecə İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgəri şəhid olub, çoxlu sayda yaralı var ifadəsini işlədib.

Hücumla bağlı hələ də məlumat topladıqlarını bildirən Bayden, “Bunun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik” deyə, o açıqlama verib.

Hücuma görə məsuliyyət daşıyanların ABŞ-ın seçdiyi vaxt və şəkildə cavab verəcəklərini qeyd edən Bayden, bu müharibədə mübarizəni davam etdirəcəklərini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin şəhid olduğu, 25 nəfərin yaralandığı bildirilib.

Mənbə: TGRT

Aynur Camal