İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşqin bəzi nöqtələrini hədəfə alıb. İsrailin hava hücumu ilə bağlı rəsmi açıqlama verilməyib.
Bəşər Əsəd rejiminin xəbər agentliyi SANA, hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə, yerli vaxtla saat 15.10-da İsrailin hava hücumu ilə Dəməşq ətrafındakı bəzi məntəqələrin hədəf alındığını iddia edib.
Xəbərdə, “Havadan müdafiə sistemlərimiz Colan təpələri istiqamətindən atılan iki raketdən birini vurdu. Hücum zamanı ziyan meydana gəldi” deyilib. İsrail rəsmiləri isə hücumla bağlı açıqlama verməyib.
Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının ünsürləri var.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Mənbə: TGRT
Aynur Camal