Sürücü jurnalistə təzyiq göstərdi- ŞOKbackend

Çobanzadə küçəsində yerləşən Heydər Əliyev parkının qarşısında “Mercedes” E-klass 10-XT-737 dövlət nömrə nişanlı avtomobilin sürücüsü həmin küçə ilə hərəkət edən zaman sürət həddini aşıb.

“Yeni Gündəm” xəbər verir ki, Doğru.az saytının baş redaktoru İlqam Cəbiyev yolu keçərkən son anda qəzadan xilas olub. Daha sonra qeyd olunan avtomobilin sürücüsü jurnalistə təzyiq göstərək ona fiziki güc tətbiq etməyə çalışıb.

Ətrafdakı insanların müdaxiləsindən sonra sürücü qeyri-ixtiyari əməlini başa çatdıra bilməyib. Sürücünün özbaşınalığı açıq-aşkar görünüb. Buna görə İlqam Cəbiyev Daxili İşlər Nazirliyindən və Bakı Şəhəri Dövlət Yol Polisindən xahiş edir ki, bu məsələni diqqətlə saxlayıb sürücünü məsuliyyətə cəlb olunması üzərində iş aparsınlar.

Baş redaktor hüquq mühafizə orqanlarının şəffaflığına söykənərək xahiş edir.

Bakı Şəhəri Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polis polkovniki Vaqif Əsədov məsələni araşdıracağını bildirdi.

image-20210618_130340image-20210618_130341