Taekvondoçulara viza verilmədibackend

İngiltərənin ev sahibliyi etdiyi Mançester Qran-prisinin final mərhələsində iştirak etmək hüququ qazanan 5 iranlı taekvondoçu bu ölkədən viza ala bilməyib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İngiltərə 2019-cu ildə dünya çempionatına ev sahibliyi edəndə də İran milli komandasına viza verməmişdi.

Qeyd edək ki, İngiltərədən başqa, yalnız son bir neçə ildə Amerika, Macarıstan, Yunanıstan, Albaniya, Avstriya, Fransa, İtaliya, Misir və Avstraliya müxtəlif səbəblərdən iranlı idmançılara viza verməyib.

Mənbə: Azad İran

Aynur Camal