Tahir Salahovla vida mərasimi keçirilirbackend
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.
Mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunub.
Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.
T.Salahov Birinci Fəxri xiyabana torpağa tapşırılacaq.