Rusiyalı həkim Berejnayanın sözlərinə görə, səyahətçilər qəribə virusun yayıldığı Tailandın Phuket kurortuna getməzdən əvvəl qripə qarşı peyvənd almalıdırlar. Bu infeksiyasından qorunmağın yoludur deyib.
Bundan əlavə, həkim turistlərə göyöskürək-difteriya-tetanus DPT peyvəndi almağı tövsiyə edib. O, əlavə edib ki, laboratoriya müayinələri olmadan xəstəliyin spesifik törədicisini müəyyən etmək mümkün deyil, yəni yeni virus haqqında danışmaq tezdir.
“Bu, sadəcə olaraq, müəyyən bir bölgə üçün xarakterik olan çoxdan məlum viruslardan biri ola bilər” həkim deyib.
Bundan əvvəl Phuketdə istirahət edən turistlərə qəribə virusun yaranması ilə bağlı xəbərdarlıq edilib. İnfeksiyaya yoluxmuş ruslar bir neçə həftədir şiddətli öskürək və yüksək hərarətdən əziyyət çəkirlər.
Mənbə: Lenta.Ru
Aynur Camal