Taleh Kazımov: Bəzi bankların maliyyə göstəriciləri ilə bağlı çağırışlar varbackend

Bəzi bankların maliyyə göstəriciləri ilə bağlı çağırışlar var.

“Yeni Gundem” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, bunlar əsas sistem əhəmiyyətli olmayan kiçik banklardır.

“Soruşsanız maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar”- AMB sədri qeyd edib.

Taleh Kazımov ümumilikdə isə bankların kredit portfelinin keyfiyyətinin qənaətbəxş olduğunu, qeyri işlək kreditlərin portfeldə xüsusi çəkisinin cəmi 3,7% etdiyini əlavə edib./APA