Taleh Kazımov: “Qlobal dəyişikliklər iqtisadiyyatımıza ciddi təsir etməyib”backend

Qlobal iqtisadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyib.

“Yeni Gundem” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünyanın aparıcı banklarının ikisinin bağlanması maliyyə sektoruna, xüsusən də onun investisiya cəlbediciliyinə mənfi təsir göstərir.

“Əlbəttə, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir, lakin bu faktların iqtisadiyyatımıza heç bir təsiri olmayıb”, – deyə sədr qeyd edib.

Baş bankir həmçinin bildirib ki, dünyada inflyasiyanın azalmasına baxmayaraq, qlobal iqtisadiyyatda şoklar davam edir: “Beynəlxalq təşkilatların proqnozlarına görə, qlobal inflyasiya yalnız 2025-ci ildə baza ssenarisinə qayıdacaq”./Report