Tanınmış klarnet ifaçısı dənizdə boğulub öldü – FOTObackend

Klarnet ifaçısı Məmmədbağır Misiroğlu dənizdə boğularaq vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə musiqiçinin ailə üzvləri məlumat yayıb. Qeyd olunub ki, hadisə ötən gün Xəzər dənizindəki çimərliklərin birində baş verib.

İncəsənət üzvləri sosial şəbəkələrdə M. Misiroğlu ilə birgə fotolarını paylaşaraq mərhumun ailəsinə başsağlığı veriblər.