Dünyada məşhur olan rus model, 21 yaşlı Sofiya Martınova keçmiş sevgilisi tərəfindən təhdid edilib.
axşam.az-a istinadən xəbər verir ki, sevgilisi 5 aydır qızı izləyir, sosial şəbəkə hesablarını ələ keçirtməyə çalışır, intim fotolarını porno saytlara sızdırıb.
Model Kseniya Sobçakın teleqram kanalına 22 yaşlı bloqqer sevgilisi Danil Filippovun ona yaşatdıqlarından danışıb. O bildirib ki, 4 aylıq münasibət onun həyatını məhv edib. Sofiya bildirib ki, yanvarda münasibətləri pisləşib, oğlan onu qısqanmağa, döyməyə başlayıb. Ona inanmadığını deyən Danil, sadiq olduğunu sübut etməsi üçün qıza zorakılıq göstərib.
Nəticədə model D.Filippovdan ayrılıb və ünvanını dəyişib. Fevralda Danil onun yaşadığı yeri tapıb, gizlənib və qız evə gələndə hücum edərək telefonunu əlindən alıb. Qızın intim fotolarını instaqramda yaymağa başlayan Danil bir çox agentliyə qeyri-etik təkliflər yazıb göndərib.
Model Rusiya Federasiyasına qayıdanda keçmiş sevgilisini məhkəməyə verəcəyini qeyd edib:
“Bütün bu müddət ərzində onun məqsədi məni onu aldatmadığımı sübut etmək üçün yalan detektoruna razılaşmağa məcbur etməkdir. Mənim həyatım cəhənnəmə bənzəyir, indi mən əzizlərim üçün əziyyət çəkirəm, qorxuram, o isə qızları ələ salanda əylənir, özünü güclü hiss edir”.
Qeyd edək ki, rus model iki dəfə “Marc Jacobs” reklam kampaniyasının siması olub. “Chanel”, “Dior”, “Selin” və “Valentino” kimi moda nəhəngləri onu öz şoularına dəvət ediblər. 2020-ci ildə Sofiya “Dior” ətirinin siması olub.
Məqaləyə dair fotomateriallar: