Rzayeva Səadət Arif qızı (təxəllüsü Səadət Qərib.
Səadət Qərib 06.1970 ildə
Goranboy r-n Dəlməmmədli qəsəbəsində doğulmuş, orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986 ildə Qəmbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin f-no ixtisası üzrə daxil olub 1991 ildə bitirmişdir. Şeirə, ədəbiyyata həvəsi 12-13 yaşlardan başlamışdır.
2016 ildə Türkiyədə Hatayın Dörtyol ilsesində Ədəbiyyat və Sənət Akademiyası (ESA) və Dörtyol Bələdiyəsi işbirliyinin düzənlədiyi. 1 Türk Dünyası Şeir yarışmasında 300 şair içindən “Şəhidlər” şeiri dərəcəyə girmiş, qazanmışdır. Türkiyədə bir çox şeir festivallarına qatılmış, uğur əldə etmişdir…2016 ildən Azərbaycanda, Türkiyədə dərc olunan qəzetlərdə, dərgilərdə, saytlarda, sosial mediada seirləri dərc olunur. Həmçinin Türkiyədə, Azerbaycanda dərc olunan bir çox almanaxlarda şeirləri dərc olunub.
ilk şeir kitabı “ Mən bir həyat hekayəsi “ yenicə işıq üzü görüb, və “ Ayanın aci taleyi” adlı povesti hekayə kitabları çapda, tezliklə işıq üzü görəcək. Seirlərinə mahnılar yazılıb və yazılır. 1987 ildən Moskvada yaşayır, Ailəlidir, 3 övladı var.
“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda Şairə Səadət Qəribi doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!
“Yeni Gündəm” olaraq şairənin şeirlərini təqdim edirik.
Beləcə “50“ il keçdi ömürdən
Daha əlli yaşla vidalaşıram,
Beləcə əlli il keçdi ömürdən.
Sevgidən yoğrulmuş ürəyimlə mən
Qorxmuram nə yaşdan, nə də ölümdən.
İllər harayimda sükuta dönüb,
Sarsılmiş xəyallar qinağındayam.
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.
Kədərli rəqəmlər yaman boylanir,
Fikirli- fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bimirəm gülüm
Həyat sehvlərimi vurur üzümə.
Pəlengtək nərəsin çəkəndə ürək
qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular mənə,
qurtula bimədim eşq pəncəsindən.
İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyim bitdi.
Bəzen də mənimlə ağladı zaman,
gözümdə canlanan gəncliyim bitdi.
Bu günsə bir başqa kövrək nəğmeyəm,
sözləri “ bəlkə”dən,” kaş”dan ibarət.
Bu nəğmə çılpaqdır, bəstəsi də yox
Nəğmənin xetası olub” nəqarət.”
Əlli qış, əlli yaz, əlli payızım
Hay vurdu, qıy vurdu, fələk önündə.
Hünərlə “əlli il” çıxdı döyüşdən
Hökmünü göstərdi həyat eşqimdə.
Ürəyim sevgidən səksəkədədi,
Yene də səngimir dəcəl arzular.
Gencliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaz sevilən “qizlar” .
Türk şəhəridir Kərkük.
Aslanlar yurdudur, türk şəhəridir.
Alınmaz qaladır düşmənə Kərkük.
Çakallar yığılıb qurd yuvasına,
Tarixdən əmanət Türkmənə Kərkük.
Nəğmələr yazıldı, dastan qoşuldu,
Təlafər, Kərkükdü, Hələb, Mosuldu,
Hər gün qadın, yaşlı, qoca vuruldu
Yazılıb günahsız qan sənə Kərkük.
Zənginlik bəladır türk yurduna
Məğrurluq yazılıb uca adına,
Qızına bilmədik atəş, oduna
Boyanıbsan qana sən yenə Kərkük.
Şah babamızdan sən əmanətsən,
Namussan, şərəfsən, türkə qeyrətsən,
Qoruya bilməsək tər, xəcalətsən,
Bürünüb dumana, his -çənə Kərkük.
Təklikdən əzilir, inləyir Kərkük,
Qardaşın yolunu gözləyir Kərkük,
Düşmənlər tək görüb, təkləyir Kərkük,
Bağlıyıq cana biz, bədənə Kərkük
KIMSƏN AY ADAM
Bilmirəm kimsən ey, bəlalı adam,
Günlərdi könlümə qənim olmusan.
“Mən aşiq olmaram”- deyib durardım,
Sən demə ilk gündən mənim olmusan.
lişib qalmışam xəyallarında,
Məni baxışınla tora salmısan.
Bəlkə də qəlbində başqa biri var,
Amma mənim üçün sən doğulubsan.
Zülmətə çevrilib eşqimin üzü,
Aylı günlərimə qənim olubsan.
Bəlkə də xəbərin yoxdu əzizim,
Özündən xəbərsiz mənim olubsan.
Söylə kimsən axı, belə doğmasan?
De hansı xəyala, fikrə dalıbsan?
Nə dostsan nə yarsan, nə də sevgili,
Amma ruhumdasan, mənim olubsan.
Bilmədim nə zaman girdin qəlbimə,
Yuxusuz gesəmə qənimsən, qənim.
Sən kimsən, nəçisən söylə ay adam?
Elə bil min ildi mənimsən, mənim.
YENƏ SƏNSIZLƏŞMIŞƏM
Yenə sənsizləşmişəm, yenə yalnız qalmışam,
Qəlbimdəki sevdamla, bir üsyana qalxmışam,
Gizli-gizli ağlayıb, səssizliyə dalmışam.
Ürəyimdə başlayan təlatümü boğ indi,
İntizarlı gözləri gəl bu yollardan yığ indi.
Yenə sənsizləşmişəm, yalandan gəl sevməyə,
Yenə bir yalan uydur, de ki, gəldim ölməyə,
Yenə danış sevgidən, yenə başla gülməyə,
Yenə inanacam mən, gəlib dil-dil öt indi,
Sonra uçuq könlümü yerlə-yeksan et indi…
Yenə sənsizləşmişəm, eşqin köztək dağlayır,
Axan gözyaşlarımın izləri buz bağlayır
Ürək dözmür həsrətə, gecə- gündüz ağlayır,
Ucalıbsan şöhrətə, o şöhrətlə gəl indi,
Son vida günümüzdi, bilmirsənsə bil indi.
BU ÜRƏK
Bircə dəfə sən könlümə qonaq gəl,
Qoy sevinsin sevgi dolu bu ürək.
Qanad açsın xəyallarım vüsalla,
Hicranımın yolu olub bu ürək,
Sənsiz, sənlə dolu olub bu ürək.
Bircə dəfə dövr elə gəl qanımda,
Gör nələr var ürəyimdə, canımda,
Sən məndəsən, olmasan da yanımda,
Həsrətindən dəli olub bu ürək
Sənsiz sənlə dolu olub bu ürək…
Bircə dəfə ol ruhumun pənahı,
Mən çəkəcəm bu əzabı, günahı,
Bircə dəfə ol gecəmin sabahı,
Sevdamızın qulu olub bu ürək
Sənsiz sənlə dolu olub bu ürək…
Bircə dəfə yaşa mənlə zamanı,
Qoy böyüsün eşqimizin gümanı,
Gözləyirəm qovuşacaq o anı,
Ululardan ulu olub bu ürək
Sənsiz sənlə dolu olub bu ürək.
SƏN OLMASAYDIN
Bu həyat yolumda sən olmasaydın,
Sevginin dadını bilməyəcəkdim.
Əgər sevməsəydim səni könüldən.
Həsrət qollarında ölməyəcəkdim
Qəlbimin gülləri solmaq istəmir,
Sevgin köksümdəki açan çiçəkdir.
Əlçatmaz olsa da vüsalın yolu,
Bu yalan dünyada, sevgim gerçəkdir.
Nə ayrılıq gücü, nə zaman gücü,
Çatmadı qəlbimdən səni almağa.
Nə o ac xəyallar, boz xatirələr,
Məni buraxmadı sənsiz qalmağa.
Qəmli baxışlarım kədər süzəndə,
Göz yaşım kirpikdən asdı özünü.
Ürəyim yerini əziz tutdu hey,
Sevmədi kimsəni, tutdu sözünü.
Əgər həyatımda sən olmasaydın,
Sevginin dadını bilməyəcəkdim.
Əgər sevməsəydim səni könüldən.
Həsrət qollarında ölməyəcəkdim
SƏNDƏN BAŞQASINI SEVƏ BILMƏRƏM
Könlümə könlünlə gəldin, əzizim,
Geri dönməyinə imkan vermərəm.
Təzəcə çatmışam öz vüsalıma,
Bir daha hicrana aman vermərəm-
Səndən başqasını sevə bilmərəm.
Buzlayan ruhuma sıcaq kimisən,
Qəlbimə isti bir qucaq kimisən,
Üşüyən ruhumda ocaq kimisən,
Çovguna, borana güman vermərəm-
Səndən başqasını sevə bilmərəm.
Oxudun qəlbimdə eşq nəğməsini,
Dinlədin könlümün titrək səsini,
Sevmə məndən başqa bir özgəsini,
Sənə dərd olaram , dərman vermərəm-
Səndən başqasını sevə bilmərəm .
QƏLBİMDƏKİ “SƏN”
Gücümü toplayıb baxdım keçmişə,
Sevdiyim bivəfa qəlbimə dəyib.
Vaxtsız sevgimizin qırışıb üzü,
Həsrəti vüsalın belini əyib.
Alışan o alov çoxdan sönsə də,
Hələ xatirəmdə onun közü var.
Vəfasız eşqinə dönük çıxsa da,
Könlümdə bir eşqin solmaz izi var.
Gəzdim ömrüm boyu itən eşqimi,
Heç yerdə mən onu tapa bilmədim.
Əllərim əlindən üzülsə belə,
Qəlbimdəki səndən qopa bilmədim.
GÖZƏL SEV MƏNİ
Gərək sevəndə də gözəl sevəsən,
Hər sevən bilmir ki, sevgi nə demək.
Sevgi ülviyyətdir, sevgi cəsarət,
Allah! Nə gözəldir gözəl sevilmək.
Sevmək istəyirsən ruhun ilə sev,
Saflığı könlünə dilə , sev məni.
Qoy sənə söyləyim necə sev məni-
Kərəmtək alış, yan, elə sev məni.!
Sev məni, göldəki sonalar kimi,
Çünki bir- birindən ayrılmır onlar.
Sev məni, dənizdə balıqlar kimi,
Çünki səssiz eşqdə firtınalar var.
Sev məni, sərçənin gözyaşları tək,
Bilirsən, sərçələr ağlasa ölər.
Sev məni, qurdların məhəbbəti tək,
Cəsarət Boz Qurda sevgidən gələr!
Gəl dərdləş mənimlə, aç ürəyini
Eşqin yollarında duraq bərabər.
Sevgimə diqqət et əvvəlki kimi,
Ömrü birgə başa vuraq bərabər.
Nəfəstək sev məni, dilucu deyil,
Bu eşqin bir anı getməsin hədər.
Sev məni, bağçada min bir həvəslə,
Bağbanın gülləri sevdiyi qədər.
Bilmirəm, çox şeymi istəyirəm mən,
Əgər səhvim varsa, keç günahımdan.
Bilirsən, kimdəndir bu eşq diləyim?
Əzizim, bir səndən, bir Allahımdan .
SEVGİ NƏDİR
Səadət Novruzqızı
Sevgi kədər, sevgi qüssə, sevgi qəm,
Sevgi şirin, sevgi nəşə, sevgi dəm,
Onsuz olan həyatımın dadı kəm,
Hardan düşdüm bu sevgiyə bilmirəm.
Səadət Qərib
Sevgi ürək, sevgi dilək ,sevgi can,
Sevgi duyğu, sevgi qorxu, həyacan,
Onsuz yaşadınsa -adı ”yarımcan”
Hardan düşdüm bu sevgiyə, bilmirəm.
Səadət Novruzqızı
Gah məst edir, gah qəsd edir canıma,
Gah gen düşür, gah da gəlir yanıma,
Nəşə kimi yeriyibdi qanıma,
Necə düşdüm bu sevgiyə, bilmirəm.
Səadət Qərib
Nə gecəsi. Nə gündüzü bəllidir,
Xəbərsiz gəlibdir, yaman yellidir,
Gah güldürür, gah ağladır, dillidir,
Necə düşdüm bu sevgiyə, bilmirəm.
Səadət Novruzqızı
Gözdə sevinc, üzdə gülüş, dildə can,
Elə deyir gecə-gündüz alış yan,
Yaxından da, doğmadan da doğmasan,
Necə düşdüm bu sevgiyə, bilmirəm.
Səadət Qərib
Gah güldürər, gah dərd verər, gah kədər,
Gah şirindir, gah acıdır, gah zəhər.
İnanmazdım ruhumu da titrədər,
Necə düşdüm bu sevgiyə, bilmirəm,
Hardan düşdüm bu sevgiyə, bilmirəm.
YAŞAMAQ ÇOX GÖZƏL
Sevinc dg gözəldi, qəm də gözəldi,
Səninlə ağlayıb, gülənin varsa.
Ağlamaq özü dg qəlbi yuxaldır,
Əgər gözyaşını silənin varsa.
Eşq- sevgi əməkdir, çəkirsən zəhmət,
Anlayan vardısa, gözəldir söhbət.
Hörmətlə ucalar ülvi məhəbbət,
Əgər dəyərini bilənin varsa.
Sevginin gözyaşı “duyğu qalası”,
Həsrət də sevginin şirin bəlası,
Ürək çox istərsə vüsal olası,
Hicran da gözəldir, gələnin varsa.
Ömür keşməkeşli, yüz dərdin olsa,
Ürəyin ağlasa, gözlərin dolsa,
Başını qoyacaq bir çiyin olsa,
Güclüsən, dərdini bölənin varsa.
Yaşamaq gözəldi, sevənin varsa.
XOŞBƏXTLİK QOY GƏZSİN SƏNİNLƏ QOŞA
Deyirlər həyatın min bir üzü var,
Sevgisiz yaşasan dünya olar dar,
Qəlbinin həmdəmi güvəndiyin yar
Bu qısa həyatı sevgiylə yaşa
Xoşbəxtlik qoy gəzsin səninlə qoşa..!
Gözləmə kimdənsə “yağlı” bir həyat,
Özünə güvənib eşqdən dağ yarat,
Arzudan toy elə, ümiddən büsat,
Bax belə yaşa ki, dəysin alqışa-
Xoşbəxtlik qoy gəzsin səninlə qoşa..!
Vicdanı yatmağa qoyma heç zaman,
Mərhəmət uyusa, oyanmaz iman,
Yaxşılıq elə ki, utansın yaman,
Dostunun sirrini vermə yoldaşa-
Xoşbəxtlik qoy gəzsin səninlə qoşa..!
Gözəl bax, gözəl gör, görsən də qara.
Şərdən bal tutanlar tez gedər gora,
Yardım et birinə, düşəndə dara,
Dəyərli vaxtını keçirmə boşa-
Xoşbəxtlik qoy gəzsin səninlə qoşa..!!!
Bu dünya fanidir, deyibən gəzmə,
Lağ edib kimsənin, qəlbini üzmə,
Həyata bağlan ki, həyatdan bezmə,
Ömrünü şərəflə çatdır sən başa-
Xoşbəxtlik qoy gəzsin səninlə qoşa!
QALMADI
Bilirsən nə qədər gözlədim səni,
Yox, daha bilməyə lüzum qalmadı.
Həsrətin çox yordu sevən qəlbimi,
Sənə deyiləsi sözüm qalmadı.
Bu gözlər həsrətdən qaynar bulaqdı,
Qaranlıqda nuru görən çıraqdı,
Axı nə biləydim, sevgin qonaqdı,
Vurduğun atəşin közü qalmadı.
Adını dilimdə əzbər etmişdim,
Səninlə acını şirin bilmişdim,
Əbədi sevgiyə mən and içmişdim,
Dilimin deməyə sözü qalmadı…
İnsafsız deməyə dilim gəlmədi,
Rəsmini cırmağa əlim gəlmədi,
Əcəli çağırdım, ölüm gəlmədi,
Daha bu sevdamın özü qalmadı.
Qəlbimə yeni eşq əkə bilmədim,
Dərdimi açıban bükə bilmədim,
Yollardan gözümü çəkə bilmədim,
Əfsanə eşqimin izi qalmadı.
GECƏ VƏ GÜNDÜZ
Həsrətin tökülür gecələrimdən,
Yorğun gözlərimdən yuxum ələnib,
Gözlərim dikilib zülmət gecəyə,
Gündüzdən gecəmə hicran çilənib.
Gündüzüm qəmdirsə, gecəm intizar,
Gecənin qoynunda çəkdim ahu-zar,
Gecə bir ölümdür , sənsiz bir məzar,
Gündüzün dərdini gecəm dilənib.
Hər zaman sən mənim xəyalımdasan,
Gecə- gündüz şahid, etdikcə fəğan,
İztirabdan yanır ürəyim hər an,
Gündüzüm bezibdir, gecəm dirənib.
Yarışa giribdir gündüzlə- gecə,
Bilmirlər qəmimi bölsünlər necə,
Bölə bilmədilər, oldu heç- heçə,
Gündüzüm yorulub, gecəm tükənib.
SÖZSÜZ NƏĞMƏM
Mənim bir nəğməm var sözləri yoxdur,
O sözsüz nəğmənin bəstəkarı mən.
O həzin musiqi, o sözsüz nəğmə
Süzülür qəlbimin dərinliyindən .
Hələ ki, duyan yox sözsüz nəğməmi,
Məni anlamayan deyər-dəlidi.
Bir pərdə üstündə dinər ürəyim,
Belə nəğmə olar?…Çox gülməlidir.
Kaman bu nəğməmi çalsa ağlayar,
Zildə fəryad edər, bəm də qəm tökər.
Tarı dindirməyin, qıymaram ona,
Mizrab qeyzə gələr, simləri sökər.
O sözsüz nəğməmə söz yazammadım,
Çünki ,o nəğməmə acizdi söz də.
Bu qəmli, nisgilli eşq nəğməsinin,
Səsi könüldədi sözləri gözdə.
XOŞBƏXTLİK RƏSMİNİ ÖZÜM ÇƏKƏCƏM
Hər dəfə əlimə qələm alanda,
Ağlıma tək bir rəsm gəlir o anda,
Qəlbimin nəğməsi coşub daşanda,
Xoşbəxtlik rəsmini özüm çəkəcəm.
Xosbəxtlik sözünə alışanlara,
Rəqabət aparıb yarışanlara,
Bu sirri açmağa çalışanlara,
Xoşbəxtlik rəsmini özüm çəkəcəm.
Buludun ardından Günəş doğanda,
Sevinclə təbəssüm qəmi boğanda,
Sevgiylə yeyilən acı soğan da,
Xoşbəxtlik rəsmidir, özüm çəkəcəm.
Ruhunu oxşayan quşların səsi
Səhər oyananda yarın busəsi,
Paylaşan sevgiylə, yaşam həvəsi,
Xoşbəxtlik rəsmidir , özüm çəkəcəm.
Başını qoyduğun Ananın dizi,
Şəfalı əlləri, parlayan gözü,
Xoşbəxtlik ananın, inanın, özü,
Xoşbəxtlik rəsmini özüm çəkəcəm.
Xoşbəxtlik deyildir nə şöhrət, nə şan,
Xoşbəxtlik sevgidir, ürəkdir məkan,
Xoşbəxtlik insanın içində inan,
Xoşbəxtlik rəsmini özüm çəkəcəm.
NECƏ YAŞADIM
Açıb güllər , çiçəklər,
Bahar gəlib qışıma.
Necə gözəl sevirsən,
Sevgin gəlib xoşuma.
Qara sevda budurmu.
Yəqin gəlib başıma.
Gecikən məhəbbətim,
Gəlib mənə xəbərsiz.
Axı necə yaşadım,
Bu qədər ömrü sənsiz.
Şirin nağıl olubsan,
Röyalara dolubsan.
Tumar çəkib saçıma,
Yuxuları alıbsan.
Qaranlıqda nurumsan,
Aydın səhər olubsan.
Bu böyük səadətim,
Hardan gəldi xəbərsiz?
Axı necə yaşadım,
Bu qədər ömrü sənsiz.
Bəlkə dan ulduzuyam,
Ulduzların nazıyam,
Xəbərin varmı sənin,
Mən “sevginin”qızıyam.
Mən səni tanıyandan,
Həyatımdan razıyam.
Bu dünyada cənnətim,
Gəlib mənə xəbərsiz.
Axı necə yaşadım,
Bu qədər ömrü sənsiz.
Səndən əvvəl nə qədər,
Çəkmişdim çox cəfalar.
Sağalmaz yaralarım,
Sənlə tapdı şəfalar.
Anladim ki, hələ var,
Ölməyən eşq, vəfalar.
Sevgin gücüm, qüdrətim,
Gəlib mənə xəbərsiz.
Axı necə yaşadım,
Bu qədər ömrü sənsiz…?!
SƏNİ ÜRƏYİMDƏN SİLƏ BİLMİRƏM
O soyuq sözlərin qəlbimə dəyib,
Nə idi günahım bilə bilmirəm.
Verdiyin güllər də boynunu əyib,
O gündən bir daha gülə bilmirəm-
Səni ürəyimdən silə bilmirəm.
Könül sarayımı viran etsən də,
Yazımı-yayımı talan etsən də,
Mənə səadəti haram etsən də,
Yox olub ümidim, ölə bilmirəm-
Səni ürəyimdən silə bilmirəm.
Könlümün sevgisi bitməz, tükənməz,
Sevgim müqəddəsdir, əhdindən dönməz,
Ürəyim məşəldir alovu sönməz,
Bu necə sevgidir, helə bilmirəm-
Səni ürəyimdən silə bilmirəm.
AĞILLA ÜRƏYİN MÜNAQİŞƏSİ
Məhəbbət uğrunda ürək hər zaman,
Döyüşər, vuruşar ağılla, heyhat.
Ağıl düz yolları göstərsə belə,
Ürək bildiyini edər ikiqat..
Məhəbbət ağıla gücün göstərər,
Gah onu alcaldar, gah da yüksəldər,
Ağıl məhəbbətə neyləyə bilər?
Ürəyin sevgiyə qazıbsa səngər.
Ağlın bil, nə qədər olsa da aqil,
Ürək dərk etməz ki, ağlın sözünü.
O nə qüsur görər, nə də bir nöqsan,
Sadəcə günakar edər özünü.
Ürəyin yaşadar sevgini xəlvət,
Nə qədər yarası olsa da dərin.
Həqiqət budur ki, məhəbbət güclü,
Onun hüzurunda aciz ürəyin.
Mehriban olarsa ağılla, ürək.
Birlikdə düz yolu göstərər sənə.
O zaman “sevgini” düzgün görərsən,
Dəyəri verərsən dəyər bilənə.
Barışdı ağlımla ürəyim artıq,
Nəhayət ki, bitdi mübahisəsi.
O günlər bir daha geri dönməsin,
Çox yordu onların münaqişəsi.
ÜMİD YAĞIŞI
Doğan Günəş ilə oyandım bu gün,
Yatmış arzularım birdən oyandı.
Unutdum kədəri, unutdum qəmi,
Gözümdə təbiət nura boyandı.
Quşların nəğməsi aldı könlümü,
Bir ümid yağışı yağdı gözümdən.
Sanki heç olmamış yazım, baharım,
Ömrümün amansız qışı üzündən.
Dərindən ah çəkib, aldım içimə,
Baharın ətrinə susamış kimi.
İllərdi həsrətəm gözəlliklərə,
Qürbətdə bir ömür yaşamış kimi.
Uzaqdan bu anda, bir nəğmə duydum,
Bir sevda nəğməsi məni səsləyir.
Bir sevgi atəşi doldu qəlbimə,
Yenidən sevməmə ümid bəsləyir.
Yarəbbi, hər kəsin ömrünə yağsın,
Bir inam yağışı, bir eşq naxışı.
Elə bir yağış ki, lap leysan olsun,
Yağsın dolu kimi ,”ÜMİD YAĞIŞI”
GÖZƏL DEYİLMİŞ
Uşaqkən, böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.
Hər gün gözləyərdim doğum günümü,
Olmazdı kədərim, olmazdı dərdim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.
Kaş yenə oynaıb uşaq oynumu,
Eşqin atəşindən uzaq olaydım.
Qaçıb gizlənəydim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.
Gülərüz qız idim, dərdsizdim,ana,
Bilməzdim xoşbəxtlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman
Mən hardan biləydim hicran gələcək
Elə bilirdim ki, böyümək gözəl,
Mən ki, bilməz idim qəlb sarsıntısı.
Sanmışdım hər zaman seviləcəyəm,
Mənə qismət oldu eşq qırıntısı.
Uşaqkən yaralar tez sağalırdı,
Yeməzdi içindən yara heç kəsi
Yaranın bircəcik məlhəmi vardı
O da ana eşqi, ANA SEVGİSİ
Uşaqkən, böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.
ƏLLİNİN ƏLİNDƏN TUTUB GEDİRƏM
Əllinin əlindən tutub gedirəm,
Gəncliyim uzaqdan baxıb kövrəlir.
Ömür kirpik – kirpık qəmli gözünü,
Saçımın ağında sıxıb kövrəlir.
Götür könül – könül oxşa əllini,
Qəlbimin səsində, ürək səsimdə.
Gəncliyin istisi gülür üzümə,
Bu hicran duyğulu ürkək səsimdə.
Arzular ümüdlə səsləyir məni
Sevginin dilində eşqin dilində
Ara ətir-ətir baxışlarımı
Sevdanın gülündə sevgi gülündə
Bir həzin nəğmədi kədər avazlı,
Üzümnən boylanan ömür yoxuşu.
Baxıb qırış – qırış gələn qismətə,
Alnımda kövrəlir ömür naxışı.
Ayların illərin qözündə qaldı,
O şıltaq çağımın, sığallı günü.
Əridi zamanın ac dodağında,
Sürməli taleyin o ballı günü.
Beləcə “50“ il keçdi ömürdən
Daha əlli yaşla vidalaşıram,
Beləcə əlli il keçdi ömürdən.
Sevgidən yoğrulmuş ürəyimlə mən
Qorxmuram nə yaşdan, nə də ölümdən.
İllər harayimda sükuta dönüb,
Sarsılmiş xəyallar qinağındayam.
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.
Kədərli rəqəmlər yaman boylanir,
Fikirli- fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bimirəm gülüm
Həyat sehvlərimi vurur üzümə.
Pəlengtək nərəsin çəkəndə ürək
qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular mənə,
qurtula bimədim eşq pəncəsindən.
İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyim bitdi.
Bəzen də mənimlə ağladı zaman,
gözümdə canlanan gəncliyim bitdi.
Bu günsə bir başqa kövrək nəğmeyəm,
sözləri “ bəlkə”dən,” kaş”dan ibarət.
Bu nəğmə çılpaqdır, bəstəsi də yox
Nəğmənin xetası olub” nəqarət.”
Əlli qış, əlli yaz, əlli payızım
Hay vurdu, qıy vurdu, fələk önündə.
Hünərlə “əlli il” çıxdı döyüşdən
Hökmünü göstərdi həyat eşqimdə.
Ürəyim sevgidən səksəkədədi,
Yene də səngimir dəcəl arzular.
Gencliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaz sevilən “qizlar” .