Tanınmış vəkil Vüqar Tumasov yeni vəzifəyə seçildibackend

“18 saylı” Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağı keçirilib.

”Yeni Gundem” xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Sonra “18 saylı” Vəkil Bürosunun cari fəaliyyəti, büronun işinin təkmilləşdirilməsi ilə bağlı görülməli olan tədbirlər müzakirə olunub.

Daha sonra Vəkillər Kollegiyasının üzvü Vüqar Tumasovu büro müdirliyinə namizədliyi irəli sürülüb. Açıq səsvermə formatında keçirilən seçkidə yığıncaq iştirakçılarının yekdil səsi ilə Vüqar Tumasov “18 saylı” Vəkil Bürosunun müdiri seçilib.

Vüqar Tumasov isə öz növbəsində ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib. “18 saylı” Vəkil Bürosunun inkişafı istiqamətində əlindən gələni edəcəyini söyləyib və qarşıda duran məqsədlərə nail olmaq üçün birgə fəaliyyətin səmərəli olacağına əminliyini bildirib.

“Gündəm Media” Group media şirkəti olaraq, Vüqar Tumasovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.