Paytaxt Pekin və ətrafı dekabr ayı ərzində 1951-ci ildən bəri ən uzun soyuq dalğaya məruz qalıb.
Pekinin Nanjiao meteoroloji stansiyasında qeydə alınan temperatur ötən gün çox uzun müddət ərzində ilk dəfə olaraq sıfır dərəcədən yuxarı qalxıb.
Dekabrın 11-də havanın temperaturu sıfır dərəcədən aşağı düşüb və 300 saatdan çox bu xəttdən aşağı qalıb. Pekində termometrlər bu ay 10 gün dalbadal mənfi 10 dərəcədən aşağı düşsə də, dondurucu soyuqların yanvar ayına qədər davam edəcəyi təxmin edilir.
Mənbə: hurriyyət.tr
Aynur Camal