Tayvan Haikui qasırğasına hazırlaşırbackend

Bu gün Haikui adlı tayfun başlayıb. Şiddətli tayfunun ayın altısına kimi Şərqdən Qərbə doğru davam edəcəyi gözlənilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Tayvan Rəyasət Heyətinin bəyanatında deyilib.

Bildirilib ki, Mərkəzi Meteorologiya İdarəsi Haikui tayfunu üçün quru tayfunu xəbərdarlığı edib. Həmçinin bu tayfunun Tayvana enərək dörd il sonra adadan keçən ilk tayfun olacağı və bol su buxarı gətirəcəyi təxmin edilir. Gələn çərşənbə gününə qədər Tayvanda əhəmiyyətli yağıntı gözlənilir və sahilyanı ərazilərdə küləyin və dalğaların tədricən artacağı gözlənilir.

Açıqlamada ölkənin bəzi əyalətlərində təhsilin dayandırıldığı və iş yerlərinin işçilərə icazə verildiyi bildirilib, “Prezident bəzi rayon və şəhərlərdə təhsilin dayandırıldığını, iş yerlərinin isə işçilərinə məzuniyyət verdiyini açıqlayıb. Prezident bir daha hamıya xatırladıb ki, bu tayfun şiddətlə yaxınlaşır və şiddəti getdikcə artır”.

Mənbə: İLKHA

Aynur Camal