Tbilisi Azərbaycan teatrından aktyorların kütləvi işdən çıxarılmasına münasibətbackend

Bunu “Report”un yerli bürosuna açıqlamasında teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin altı ay müddətində işə gəlməməsi teatrın fəaliyyətinə mane olurdu:

“Bu müddət ərzində onlar teatrın taleyi ilə maraqlanmayıblar və rəhbərliyin xahişlərinə məhəl qoymayıblar. Bir neçə dəfə onlara töhmət verilsə də, qanunu pozduqlarına görə əməkhaqlarının yarısı kəsilsə də, bu addımların heç bir nəticəsi olmayıb. Nəhayət, fevral ayında onların işdən azad edilməsinə qərar verilib”.

T.Vəlizadə işdən çıxarılanların yenidən işə bərpa olunmasını mümkünsüz hesab etdiyini deyib.

Hazırda teatrda beş aktyorun çalışdığını vurğulayan bəddi rəhbər vakant yerlərə aktyor və digər əməkdaşların qəbul olunacağını deyib: “Onların arasında peşəkar aktyor olmaya da bilər. Teatr həmin kadrlardan peşəkar aktyor yetişdirəcək. Vaxtilə teatr bu yolla artıq bir sıra aktyor yetişdirib. Teatrda çalışan hər bir aktyor vaxtilə peşəkar olmayıb və buna teatrda çalışaraq nail olublar”.

O, istefası ilə bağlı səsləndirilən tələbləri əsassız hesab etdiyini söyləyib.

Bədii rəhbər teatrın gələcək planlarından da danışıb: “Gələcək üçün çoxlu maraqlı planlarımız var. Yeni tamaşalarla tamaşaçılarımızi sevindirəcəyik və eyni zamanda beynəlxalq teatr festivallarında iştirak etmək və teatrımızı nəinki Gürcüstanda, eləcə də ölkə xaricində tanıtdırmağa çalışacağıq”.