Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşlara qarşı aksiya keçirilirbackend

Tbilisinin mərkəzində parlament binası qarşısında Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasına qarşı etiraz aksiyası keçirilir.

Aksiya yerli KİV tərəfindən canlı yayımlanıb.

Aksiyanı bir neçə müxalifət partiyası təşkil edib. Müxalifət nümayəndələri və vətəndaş fəalları “Azimut” Hava Yollarının Rusiyadan ilk uçuşunu tənqid ediblər. Aksiyanın təşkilatçıları Gürcüstan hakimiyyətindən Moskva ilə uçuşları ləğv etməyi tələb ediblər.

Mayın 19-da “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına eniş edib. Bu, son dörd ildə Moskvadan Tbilisiyə ilk uçuşdur.

Mayın 20-dən etibarən isə Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” tərəfindən də birbaşa uçuşlar həyata keçiriləcək. İyun ayından Rusiyanın “Red Wings” aviaşirkəti Gürcüstana uçuşlara başlayacaq./Report