Şahmar Mövsümov: “Epidemioloji vəziyyət imkan verərsə, teatr və kinoteatrların fəaliyyət göstərməsi müzakirə edilə bilər”.
“Teatr və kinoteatrların fəaliyyəti hələ ki, məhduddur”.
“Yeni Gündəm” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
“Epidemioloji vəziyyət imkan verərsə, onların da fəaliyyət göstərməsi müzakirə edilə bilər”, – o, əlavə edib.
Ayşən Rəhim