TƏBİB valyuta tənzimi qaydalarını pozduğuna görə cərimələndibackend

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumatına görə, TƏBİB barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Günel Səmədovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.Pravda.az