Təbii qaz tarifləri artırıldıbackend

Türkiyənin BOTAŞ dövlət şirkəti yanvar ayı üçün təbii qaz üzrə tarifləri açıqlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Türkiyədə təbii qaz tarifləri əhali üçün 25%, qeyri-əhali (sənaye sektoru) üçün 50%, elektrik enerjisi istehsalçıları üçün 15 % artırılıb.

Nəticədə əhali abonentləri üzrə min kubmetr təbii qazın qiyməti 1 860 lirə olub. İllik istehlakı 300 min kubmetrdən çox olan qeyri-əhali (sənaye) abonentləri üçün tarif 6 300 lirəyə, elektrik enerjisi istehsalçıları üçün isə 5 520 lirəyə qaldırılıb.