“Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin ətrafında cərəyan edən vəziyyət barədə məlumatlandırılıb”.
“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O vurğulayıb ki, bütün lazımi tədbirlər görülür.
Qeyd edək ki, Priqojin Müdafiə Nazirliyini “Vaqner” özəl hərbi şirkətinin düşərgələrinə raket zərbəsi endirməkdə günahlandırıb.
O, müdafiə naziri Sergey Şoyqunun “Vaqner” özəl hərbi şirkətinin arxa cəbhəsindəki düşərgələrinə zərbə endirmək üçün Rostova gəldiyini açıqlayıb.
Rusiya MN isə Priqojinin iddiarını təkzib edərək həmin bəyanatı yalan və təxribat adlandırıb.
Priqojin isə buna cavab olaraq 25 min nəfərlik qoşunla Moskvaya doğru hərəkət etdiyini bəyan edib.